“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır
1 min read

“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Takasaki mərhələsində mübarizəyə başlayır

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəyə başlayır.

Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda mübarizə aparacaq.

“Ağ-qaralar” ilk olaraq Yaponiya yığması ilə, daha sonra yerli “Takasaki” klubu ilə üz-üzə gələcək.

Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, “Neftçi SOCAR” 612 xalla üçüncü yerdədir.