Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb
1 min read

Naftalanda oteldə Özbəkistan vətəndaşının meyiti tapılıb

Naftalan şəhərində sanatoriyaya istirahətə gəlmiş Özbəkistan vətəndaşının meyiti tapılıb.

Canlixeber.com xəbər verir ki, “Qarabağ Otel Resort SPA” sanatoriyasında 1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti aşkar edilib.

İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

69 yaşlı kişinin ölüm səbəbi ilə bağlı prokurorluqda araşdırma başlanılıb.