Misli Premyer Liqasında həyəcan davam edir: Qərb derbisi və paytaxt dueli
Misli Premyer Liqasında III turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə qərb derbisi baş tutacaq. “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.
Gəncə şəhər stadionunda keçiriləcək matç saat 18:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. Zirə İdman Kompleksində keçiriləcək görüş saat 20:15-də start götürəcək.
30 avqust
Misli Premyer Liqası
III tur
18:00. “Kəpəz” – “Turan Tovuz”;
20:15. “Zirə” – “Neftçi”.
