Misli Premyer Liqasında həyəcan davam edir: Bu gün iki maraqlı görüş var
1 min read

Misli Premyer Liqasında həyəcan davam edir: Bu gün iki maraqlı görüş var

Bu gün Misli Premyer Liqasında I turun növbəti oyunları keçiriləcək.

Canlixeber.com xəbər verir ki, yeni mövsümün ikinci oyun günündə “Araz-Naxçıvan” “İmişli” ilə, “Sabah” isə “Kəpəz”lə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “İmişli” matçı saat 18:30-da başlayacaq.

“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Kəpəz” qarşılaşması isə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, turun növbəti oyununda “Sumqayıt” “Neftçi”ni, “Zirə” isə “Şəfa”nı avqustun 16-da qəbul edəcək.

Tura avqustun 17-də keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.

Mövsümün ilk qarşılaşmasında isə ötən gün “Turan Tovuz” öz meydanında “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib

15 avqust

Misli Premyer Liqası

I tur

18:30, “Araz-Naxçıvan” – “İmişli”.

Qəbələ şəhər stadionu.

20:45, “Sabah” – “Kəpəz”.

“Bank Respublika Arena”.