Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Misli Premyer Liqasında VI turun oyunları keçiriləcək.
Canlixeber.com xəbər verir ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” doğma meydanda “Zirə”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Günün digər oyununda “Sabah” “İmişli” ilə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:45-də start götürəcək.
Misli Premyer Liqası
VI tur
19 sentyabr
17:30. “Turan Tovuz” – “Zirə”;
19:45. “Sabah” – “İmişli”.
