Misli Premyer Liqası: “Qarabağ” “Qəbələ” səfərinə yollanır
Bu gün Misli Premyer Liqasının X turu çərçivəsində daha iki qarşılaşma keçiriləcək.
Canlixeber.com xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 15:00-da start götürəcək.
Turun digər görüşündə “Qəbələ” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
X tur
31 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Zirə”;
17:30. “Qəbələ” – “Qarabağ”.
