Misli Premyer Liqası: Bu gün “Turan Tovuz” və “Neftçi” meydana çıxır
1 min read

Misli Premyer Liqası: Bu gün “Turan Tovuz” və “Neftçi” meydana çıxır

Misli Premyer Liqasında II turun oyunları davam edir.

Canlixeber.com xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk görüşdə “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

Günün digər qarşılaşmasında isə “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək görüş saat 20:45-də start götürəcək.

23 avqust

Misli Premyer Liqası

II tur

18:30. “Turan Tovuz” – “Şamaxı”

20:45. “Neftçi” – “Araz-Naxçıvan”

Qeyd edək ki, turun bu gün keçirilməli olan “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları “Sabah” və “Qarabağ”ın avrokuboklardakı oyunlarına görə təxirə salınıb.