Mingəçevir Universitetində FACİƏ: Ölən var
Mingəçevirdə usta iş başında ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Mingəçevir Dövlət Universitetinin inzibati binasında qeydə alınıb.
Burada təmir işləri görən usta, 43 yaşlı Ruslan Tərlan oğlu Seyidzadə qəfil ölüb. Onun infarktdan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
