Masallıda əkin sahəsində meyit tapıldı
1 min read

Masallıda əkin sahəsində meyit tapıldı

Masallı rayonunda əkin sahəsindən meyit tapılıb.

Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 19:45-də rayonun Mollaoba kəndində baş verib.

Rayonun Boradigah qəsəbə sakini Razi Allahverdi oğlu Fərzullayev rayonun Mollaoba kəndində əkin sahəsində ölüb. Onun meyiti axşam saatlarında əkin sahəsində aşkarlanıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.