Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
1 min read

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

May ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX)Sərhəd Qoşunları Komandanlığı tərəfindən əməliyyat keçirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində  keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.