“Körpülərin İstismarı və Təmiri Müəssisəsi” ləğv olunur
1 min read

“Körpülərin İstismarı və Təmiri Müəssisəsi” ləğv olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC ləğv olunduğunu elan edib.

Canlixeber.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, 31-ci̇ məhəllə, istehsalat bazası ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır