İranda şəhər başçısı güllələndi
1 min read

İranda şəhər başçısı güllələndi

İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin başçısı bu gün səhər saatlarında güllələnərək öldürülüb.

Canlixeber.com xəbər verir ki, bu barədə Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, bu barədə əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini informasiya verib.

Rəsminin sözlərinə görə, ilkin qiymətləndirmələr hadisənin təxribat xarakteri daşımadığını göstərir.

Hadisənin təfərrüatları, eləcə də silahlı hücumu edən şəxs və ya şəxslərin kimliyi barədə hələlik məlumat açıqlanmayıb.