İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
1 min read

İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib.

Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısından çıxarılıb.