İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini “Dostluq” ordeni ilə təltif edib
1 min read

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini “Dostluq” ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.