İki müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İki müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.
Canlixeber.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.
