Hüseyn Həsənov barəsində həbs qərarı verildi
1 min read

Hüseyn Həsənov barəsində həbs qərarı verildi

Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Canlixeber.com bu barədə ura.ru saytına istinadən xəbər verir.

Azadlıqdan məhrum edilməkdən başqa, məhkəmə H.Həsənovu 1 milyon rubl cərimələyib və ona iki il ərzində internetdə hər hansı kontent yerləşdirməyə qadağa qoyub. Həmçinin, bloqerə məxsus olan və dəyəri 46 milyon rubl həcmində qiymətləndirilən “Moskva-Siti”dəki mənzil müsadirə edilib.

İstintaq materiallarına əsasən, Hüseyn Həsənov fərdi sahibkar statusunda olarkən 170 milyon rubldan artıq vergi ödənişlərindən yayınmaqda təqsirləndirilir.