Hikmət Hacıyev: Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamağa çağırır
Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
