Hidayət Heydərov “Böyük Dəbilqə”dən kənarda qaldı
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyib.
Canlixeber.com xəbər verir ki, olimpiya çempionumuzun1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmamasına səbəb çəkisini sala bilməməsi olub.
Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə ilkin raundlarda məğlub olublar.
Xatırladaq ki, “Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.
