Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
1 min read

Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb

Göygöldə bədbəxt hadisə baş verib.

Canlixeber.com xəbər verir ki, rayonun Topalhəsənli kəndində 1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq xəsarət alıb.

64 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.