“Global Infrastructure Partners”in təsisçisi: “Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”
1 min read

“Global Infrastructure Partners”in təsisçisi: “Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”

“Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib”.

Canlixeber.com xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi deyib.