“Formula-1”: Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Canlixeber.com xəbər verir ki, “Mercedes” pilotu Corc Rassell 51 dövrədən ibarət əsas yarışda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Beləliklə, britaniyalı pilot karyerasında ilk dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində qalib olub.
“Red Bull” pilotu Maks Ferstappen ikinci, “Red Bull”un digər sürücüsü İsak Həcər isə üçüncü yeri tutub.
