FHN ötən sutka ərzində 4 xilasetmə əməliyyatı həyata keçirib
1 min read

FHN ötən sutka ərzində 4 xilasetmə əməliyyatı həyata keçirib

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı 4 əməliyyat keçirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.