Dərman vasitələrinin alınmasına 4 milyon manat xərclənəcək
1 min read

Dərman vasitələrinin alınmasına 4 milyon manat xərclənəcək

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib.

Canlixeber.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 4 milyon 376 min manat təşkil edir.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində müxtəlif növ dərman vasitələrinin alınması nəzərdə tutulur. Bunlara kalsium xlorid, kalsium qlükonat, kalium xlorid, yod məhlulu, inyeksiya üçün su və digər preparatlar daxildir.