Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar.
Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.
1/8 final
48 kq
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
Təsnifat mərhələsi
55 kq
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq
Orxan Həbibli – Qaspar Sançes (Çexiya)
80 kq
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Qeyd edək ki, U17 güləş üzrə dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
