Daha iki idmançımız 1/8 finala yüksəlib
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Monqolustan təmsilçisi Tumenjarqal Tuvşinturu məğlub edib.
Həmçinin cüdoçumuz Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
O, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Çili təmsilçisi Mari Di Varqas Leyanı məğlub edərək növbəti mərhələyə adlayıb.
