Cüdo üzrə dünya çempionatı: Dörd idmançımız tatamiyə çıxacaq
1 min read

Cüdo üzrə dünya çempionatı: Dörd idmançımız tatamiyə çıxacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında beşinci yarış gününün görüşləri baş tutacaq.

Canlixeber.com xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 üzvü qadınların -70 kiloqram və kişilərin -90 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaq.

Qadınların -70 kiloqram çəki dərəcəsində Südabə Ağayeva ilk görüşünü 1/32 final mərhələsində keçirəcək. Onun rəqibi İspaniya təmsilçisi Ai Tsunoda Roustant olacaq.

Kişilərin -90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Süleyman Şükürov isə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq.

Murad Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. Cüdoçumuz Yahor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.