Siyasət
Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb. Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiqlənib.
Azərbaycanda “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
Prezident İlham Əliyev oktyabrın 21-də “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, Sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunması, bərpası və elmi əsaslarla tədqiqi, habelə arxeoloji dəyərlərin yerli və […]
“Azərbaycan-Qırğızıstan beynəlxalq avtomobil əlaqələri sazişi” təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 2 dəfə artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Canlixeber.com xəbər verir ki, saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb. Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 […]
Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik haqqında müqavilə təsdiq edildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. Canlixeber.com xəbər verir ki, bununla da 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.
Leyla Əliyeva Səmərqənddə uşaqların rifahına dair Ümumdünya Sammitində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib. Canlixeber.com xəbər verir ki, açılış mərasimindən əvvəl Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və […]
Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri […]
Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxs” elan edib – Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına […]
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qeyd edək ki, sənədlər 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı […]
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır
Azərbaycanda Qarabağ Milli Parkı yaradılır. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin […]
