Dünya
ABŞ-də yeni ştat yaradıla bilər
ABŞ-nin İllinoys ştatında daha 11 dairə Çikaqonun yerləşdiyi Kuk dairəsindən ayrılmaq və Birləşmiş Ştatların 51-ci ştatını təsis etmək məsələsinin öyrənilməsinə səs verəcək. Canlixeber.com bildirir ki, bu barədə “NBC Chicago” telekanalı “Illinois Separation” hərəkatının nümayəndələrinə istinadən xəbər verib. Səsvermə məşvərət referendumu formasında keçiriləcək. Əgər 11 dairənin hər biri təşəbbüsü dəstəkləyərsə, onlar artıq bu cür tədbirləri dəstəkləmiş […]
“Hizbullah” İranın xeyrinə hərbi əməliyyatlara qoşulmaqdan imtina etdi
İran və ABŞ arasında yeni bir toqquşma ehtimalı yaranarsa, “Hizbullah” qruplaşması İsrailə qarşı hərbi addımlar atmaqdan imtina edəcək. Canlixeber.com “Naharnet” xəbər portalına istinadən xəbər verir ki, bu bəyanatla Livanın birpalatalı parlamentinin sədri Nəbih Berri çıxış edib. Siyasətçi qeyd edib: Berri 2026-cı il martın 2-də başlanan hərbi gərginlikdən etibarən qruplaşma və Livan rəhbərliyi arasında vasitəçilik edir. […]
Mayk Tayson Türkiyənin məşhur serialına çəkiləcək
Bütün zamanların ən məşhur boksçularından biri kimi tanınan Mayk Tayson, Türkiyədə “Star TV”də yayımlanan “Tuzlu Kahve” serialında qonaq aktyor kimi iştirak edəcək. Canlixeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş bildirib. Məlumata görə, Tayson ekran işində Buğra Gülsoyun həyat verdiyi Mehmet obrazının Amerika Birləşmiş Ştatlarından gələn dostu rolunu canlandırmağa hazırlaşır. Rejissorluğunu […]
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 1991 və 1998-ci il təvəllüdlü iki qafqazəsilli vətəndaşı saxlayıblar. Həmin şəxslər Moskvanın raket hücumundan müdafiə (RHM) sisteminin əsas elementlərindən birinə və enerji obyektinə FPV-dronlar vasitəsilə hücum hazırlamaqda şübhəli bilinirlər. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanının İctimaiyyətlə Əlaqələr Mərkəzi bəyanat yayıb. FTX-nin məlumatına əsasən, şübhəlilərdən biri […]
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Canlixeber.com “Premium Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər. Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar. Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər. Şahidlərin sözlərinə […]
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, toplantının gündəm mövzusu birjada manipulyasiya nəticəsində yaranan böhran olacaq. Bununla yanaşı, “Terrorsuz Türkiyə” prosesi də müzakirə ediləcək. Məlumata görə, Yaxın Şərqdəki proseslər, Ərəbistan yarımadasındakı son vəziyyət, artan ABŞ-İran gərginliyi və […]
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) Aleksandar Vuçiçin anası Ancelina Vuçiçə qarşı fiziki və şifahi hücumun baş verdiyini bildirib. Canlixeber.com xəbər verir ki, partiyanın rəsmi saytında yayılan bəyanata əsasən, hadisə oktyabrın 25-də Belqradda, Kaleniç bazarının yaxınlığında baş verib. SNS-in məlumatına görə, blokada tərəfdarı siyasi mövqeyə malik bir qrup gənc Ancelina Vuçiçi itələyib, onun üzərinə qışqırıb […]
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarını məhv edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarını məhv etdiyini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə İsrail hərbçilərinin bəyanatında bildirilib. “SAXAL aviazərbə endirərək Qəzza zolağının mərkəzi hissəsində yerləşən silah anbarını tamamilə məhv edib. Bu obyekt HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif […]
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumları davam etdirəcəyi barədə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri açıqlama verib. O, hava limanının hələ də hərbi hədəf olduğunu bildirib, aviaşirkətləri, hava limanının əməkdaşlarını və sərnişinləri ərazidən istifadə etməməyə çağırıb. Xəbərdarlıq hava limanında […]
Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur. Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə […]
