Bu gün çimərliklərdə hava necə olacaq?
1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 20-də mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.