Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək
1 min read

Bir qrup müəllimə ŞAD XƏBƏR: Maaşlarına əlavələr ediləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.

Canlixeber.com əbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, göstərilən fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq sertifikasiyada uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.