Binəqədidə obyekt YANIR
1 min read

Binəqədidə obyekt YANIR

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın başlayıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.