Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub
Bakının Xətai rayonunda güclü yanğın baş verib.
Canlixeber.com xəbər verir ki, rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Həmçinin məlumata görə, yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar.
Hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb.
