Bakıda daş karxanasında faciə: 49 yaşlı kişi öldü
Bakının Qaradağ rayonu ərazisində ölüm hadisəsi olub.
Canlixeber.com, hadisə Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında baş verib. Orada işləyən Cəlilabad rayon sakini – 1977-ci il təvəllüdlü Əkrəm Əliyev ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
