Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru bu şirkət oldu
1 min read

Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru bu şirkət oldu

“Faiqoğlu” şirkəti 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi sponsoru olub.

Canlixeber.com xəbər verir ki, beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışı olan dünya çempionatı Milli Gimnastika Arenasında keçiriləcək.

Bakı səkkiz ildən sonra yenidən böyüklər arasında cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Dünya çempionatı çərçivəsində başlayan əməkdaşlıq “Faiqoğlu” ilə Azərbaycan Cüdo Federasiyası (ACF) arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur. Tərəfdaşlıq çərçivəsində şirkət çempionatın təşkilati proseslərinə dəstək göstərəcək.