Bərdədə “Prius” 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi
1 min read

Bərdədə “Prius” 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi

Bərdə rayonunda “Toyota Prius” qəza törədib.

Canlixeber.com xəbər verir ki, 2000-ci il təvəllüdlü Elmir İnqilab oğlu Türbəndəyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yolu keçən 1977-ci il təvəllüdlü İlyas Hüseyn oğlu Aslanovu vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.