Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
1 min read

Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub.

Hadisə nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.