Azərbaycanlı hakimə UEFA-dan təyinat
1 min read

Azərbaycanlı hakimə UEFA-dan təyinat

Ötən mövsüm mübahisəli qərarları ilə gündəmə gələn azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Canlixeber.com xəbər verir ki, daha əvvəl UEFA Çempionlar Liqasında “Arsenal” və “Slaviya Praqa” kimi komandaların oyunlarını idarə edən Ağayev bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

O, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Srvena Zvezda” – “Larn” qarşılaşmasında baş hakim Elçin Məsiyevin köməkçisi olacaq.

Xatırladaq ki, Əliyar Ağayev ötən mövsüm verdiyi bir sıra qərarlara görə tənqid olunmuşdu.

“Turan Tovuz” klubunun prezidenti Ehtiram Quliyev onun ünvanına sərt fikirlər səsləndirmiş və “Azərbaycan futbolu Əliyar kimilərdən xilas olmalıdır” demişdi.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Əliyar Ağayevin yanlış qərarlar verdiyini təsdiqləmişdi. Nəticədə hakimə 5 oyunluq cəza verilmişdi.