Azərbaycanda iki kredit təşkilatı bağlandı
1 min read

Azərbaycanda iki kredit təşkilatı bağlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) lisenziyalarını ləğv edib.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” MMC BOKT-un təqdim etdiyi ərizədən irəli gələrək, AMB-nin İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə, 28 iyul 2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.

İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə AMB-yə təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” MMC BOKT-a verilmiş 5 iyun 2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.

Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Bununla da, ölkədə BOKT-ların sayı 51-ə düşdü.