Azərbaycanda bu ilin 7 ayında 30,2 min şəxsə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edib.
Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb.
