Azərbaycan millisi Avropa çempionatının finalında
1 min read

Azərbaycan millisi Avropa çempionatının finalında

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.

“Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

Komandanın heyətində Xətai Bağırov fərqlənib.

Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.

Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.