Azərbaycan I Liqasının 2026/2027 mövsümünün püşkü atılıb
1 min read

Azərbaycan I Liqasının 2026/2027 mövsümünün püşkü atılıb

Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb.

Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən püşkatma mərasimində I Liqanın 2026/2027 mövsümünün I və II dövrələrinin təqvimi müəyyənləşib.

Çempionatda ötənilki kimi 10 komanda mübarizə aparacaq.

I tur

MOİK – “Şahdağ Qusar”

“Şimal” – “Cəbrayıl”

“Xankəndi” – “Səbail”

“Mingəçevir” – “Zaqatala”

“Baku Sportinq” – “Karvan-Yevlax”

Qeyd edək ki, Azərbaycan I Liqasında yeni mövsümə sentyabrın 3-də start veriləcək.