Azərbaycan cüdoçuları dünya çempionatında daha üç medal qazandılar
1 min read

Azərbaycan cüdoçuları dünya çempionatında daha üç medal qazandılar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha üç medala sahib olublar.

Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışın növbəti günündə M3 yaş kateqoriyasında mübarizə aparan Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kiloqram), eləcə də M4 yaş kateqoriyasında çıxış edən Anar Ağayev (-90 kiloqram) mundialın bürünc medalını qazanıblar.

Xatırladaq ki, çempionatın ilk günündə Azərbaycan təmsilçilərindən Məmmədəli Mehdiyev (-100 kiloqram) qızıl, Əbülfət İsmayılov (-60 kiloqram), Mahir Abbasov (-81 kiloqram) və Coşqun Abdullayev (-90 kiloqram) isə bürünc medal əldə etmişdilər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.