Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
Azərbaycanın MMA idmançıları Alirza Həsənov (62 kq) və Kənan Qulizadə (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uşaqlar və yeniyetmələr arasında keçirilən IMMAF dünya çempionatında medal qazanıblar.
Canlixeber.com xəbər verir ki, bu barədə Gənlər və İdman Nazirliyi məlumat yayıb.
Hər ikisi turnirin gümüş mükafatına sahib çıxıb.
