Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən 20 yaşlı gənc vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib.
Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub.
Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilmişdi. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Rəşad Məmmədəliyevə köçürülmüşdü.
