Azərbaycan Prezidenti: “TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür”
1 min read

Azərbaycan Prezidenti: “TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür”

“Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var”.

Canlixeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib.

“Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik”, – deyə dövlətimizin başçısı əlavə edib.