Azərbaycan millisinin üzvü Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzaladı
Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ilə müqavilə imzalayıb.
Canlixeber.com xəbər verir ki, 22 yaşlı hücumçu ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru”dan icarəyə götürülüb.
İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub. Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin icarə müddətinin sonunda Nəriman Axundzadəni birdəfəlik transfer etmək hüququ da var.
Qeyd edək ki, Nəriman Axundzadənin MLS klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir
