Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.
Canlixeber.com xəbər verir ki, bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.
Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.
A.Ələsgərov 1977-ci ildə Bakıda anadan olub, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin universitetin eyni ixtisas üzrə magistr dərəcəsini alıb.
