Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026″nın ikinci gününü 7 medalla başa vurublar
Azərbaycan idmançıları “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar.
Canlixeber.com xəbər verir ki, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli – Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.
Elmir Tarverdiyev – Mustafa Vəlizadə (2010-2011) cütlüyü isə 1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında gümüş medal əldə edib. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.
Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda isə Məhəmməd Həsənov – İlyas İbrahimov cütlüyü üçüncü olub.
Xatırladaq ki, ötən gün isə Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
