Azərbaycan əhalisinin sayı AÇIQLANDI
1 min read

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 14 215 nəfər və ya 0.14% artaraq 2026-cı il avqustun 1-i vəziyyətinə 10 276 566 nəfərə çatıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin 54.3%-ni şəhər, 45.7%-ni kənd sakinləri təşkil edir.

Əhalinin 49.8%-i kişilər, 50.2%-i isə qadınlardır.