Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Canlixeber.com xəbər verir ki, kollektivimiz 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.
Bu gün həmçinin 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.
Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.
